Sumqayıt və Bakının ictimai nəqliyyatında "BakıKart"dan istifadə olunacaq. Bu haqda bu gün, 22 noyabr tarixində “Report” məlumat yayıb.
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisinin sözlərinə görə, sərnişinlər həmin kartlardan həm Bakının, həm də Sumqayıtın ictimai nəqliyyatında istifadə edə biləcəklər. Köhnə kartlar yeniləri ilə ödənişsiz dəyişdiriləcək. Əgər kartda vəsait qalıbsa, o təzə karta köçürüləcək.
Bu gündən, Sumqayıtda avtobuslarda kart vasitəsilə ödəniş validatorlarda olan texniki problem səbəbindən müvəqqəti dayandırılıb. Bu nasazlığın aradan qaldırılması üçün təzə validator aparatları Türkiyədən sifariş verilib. Əvvəlki aparatlar Sankt-Peterburqdan gətirilmişdi və özünü doğrultmadı.