Sumqayıtda dələduzluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Sumqayit24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Əhmədəliyev saxlanılıb. O, vətəndaşı aldadaraq hesabına 300 manat pul ödətdirib.
Faktla bağlı araşdırma aparılır.