Yeni Bakı-Sumqayıt marşrutu ilə bağlı bəzi detallar məlum olub.
Xəbər verdiyimiz kimi, 9 dekabr tarixindən 594 nömrəli ekspres marşrut xətti istifadəyə veriləcək. Təbii ki, sərnişinləri ilk növbədə avtobusların modeli, komfortu və gedişhaqqı qiyməti maraqlandırır.
Sumqayit24.az-ın əldə etdiyi özəl məlumata görə, xətt üzrə Neoplanlar hərəkət edəcək. Gedişhaqqı isə 0.80 AZN təşkil edəcək.
Qeyd edək ki, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) olacaq.