45-ci məhəllənin sakinləri narkomanlardan şikayətlənirlər. Sumqayıt24 bu haqda 28 aprel tarixində xəbər verir.
11/13 saylı binanın bloku narkomanların yuvasına çevirilib. Sakinlərin sözlərinə görə, həmin şəxslər narkotik qəbul etmək üçün bloka girir, sonra isə istifadə etdikləri şprisləri sayğacların qutularına atırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a açıqlama verib. Bildirib ki, əraziyə baş çəkilib və problemin aradan qaldırılması üçün tədbirlər görülür.