Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasından sintetik torların yığışdırılması həyata keçirilib. Bu haqda 22 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.
"Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyası Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icra edilib.
Ümumilikdə aksiya zamanı Sumqayıt akvatoriyasından və Kür çayından 240 metr uzunluğunda 3 ədəd sintetik tor götürülüb.