Azərbaycanda yaşamaq üçün ən yaxşı 10 şəhərin adı açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, bu siyahıda Sumqayıt Bakıdan sonra ikinci, Gəncə isə üçüncü yerdə qərarlaşıb. Daha sonrakı yerlərdə isə Şirvan, Yevlax, Şəki, Bərdə, Xaçmaz, Lənkəran və Oğuz qərarlaşıb.
Statistik təhlillərdə Bakıda yaşamaq qabiliyyəti 59%, Sumqayıtda 40%, Gəncədə isə 30% göstərilib.
Statistik təhlillərə əsasən, yaşam xərci Bakıda 1319, Sumqayıtda 1224, Gəncədə 818, sonuncu yerdə qərarlaşan Oğuzda isə 1074 manat təşkil edib.