Sumqayıt Apelyasiya Məhkəməsinə yeni hakim təyin olunacaq. Bu haqda APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, Məhkəmə Hüquq Şurasının təklifləri nəzərə alınaraq sözügedən məhkəməyə Zahid Məmmədov təyin ediləcək. Bu barədə Milli Məclisin iclası zamanı qərar qəbul edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Sumqayıt Şəhər Məhkəməsində də kadr dəyişikliyi baş vermişdir.