top
Sumqayıt Bələdiyyəsi ilin yekunlarını açıqladı
22 yanvar 2026, 11:15
- +

Sumqayıt Bələdiyyəsi ilin yekunlarını açıqladı

Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən bələdiyyə sədri Adil Xudatatov bildirib ki, 2025-ci il Sumqayıt Bələdiyyəsi üçün təkcə görülən işlərin deyil, eyni zamanda yeni idarəetmə yanaşmasının və sistemli fəaliyyətin nəticələrinin aydın şəkildə göründüyü bir il olub.

O qeyd edib ki, ötən ilin yekunlarına əsasən Sumqayıt Bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 3 milyon 750 min manat təşkil edib ki, bu da proqnoz tapşırığının 191 faizi deməkdir. 2024-cü illə müqayisədə büdcə gəlirləri 709 min manat artıb. Əmlakın icarəsi və özəlləşdirilməsindən, eləcə də torpaq və əmlak vergilərindən daxilolmalar proqnozu dəfələrlə üstələyib. Büdcə vəsaitlərinin əsas hissəsinin şəhərin sosial-iqtisadi inkişafına, infrastruktur layihələrinə və əhalinin rifahının yaxşılaşdırılmasına yönəldildiyi vurğulanıb.

Məruzədə bildirilib ki, 2025-ci ildə şəhər üzrə 30 min kvadratmetrdən artıq ərazidə asfalt örtüyü salınıb, 21 iri infrastruktur layihəsi icra olunub, qaranlıq küçələr işıqlandırılıb, park və yaşıllıq sahələrində geniş abadlıq işləri aparılıb. İl ərzində minlərlə ağac və mövsümi gül əkilib, ekoloji layihələrə yüz minlərlə manat vəsait yönəldilib.

Daha sonra tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edib. O, Sumqayıt Bələdiyyəsinin fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, əldə olunan nəticələr planlı, ardıcıl və məsuliyyətli idarəetmənin göstəricisidir. Zakir Fərəcov qeyd edib ki, bələdiyyə ilə icra hakimiyyəti arasında qurulan sağlam və koordinasiyalı əməkdaşlıq şəhərin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, Sumqayıtda həyata keçirilən abadlıq, yol infrastrukturu, işıqlandırma və yaşıllaşdırma layihələri şəhərin simasını dəyişir, sakinlərin həyat keyfiyyətini yüksəldir.

İcra başçısı xüsusilə vurğulayıb ki, torpaq və əmlak münasibətlərinin hüquqi tənzimlənməsi istiqamətində görülən işlər, inzibati ərazinin genişləndirilməsi, kadastr və inventarizasiya prosesləri Sumqayıtın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. O, bu proseslərin şəffaf və qanunvericiliyə uyğun aparıldığını bildirib.

Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin 74 şəhər bələdiyyəsi arasında birinci yerə layiq görülməsini şəhər üçün böyük uğur adlandırıb və bu nəticənin kollektiv əməyin, düzgün qərarların və dövlət siyasətinə uyğun fəaliyyətin məntiqi nəticəsi olduğunu deyib.

Daha sonra tədbirdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, millət vəkilləri Tahir Mirkişili, Hicran Hüseynova və Mehriban Vəliyeva çıxış edərək Sumqayıt Bələdiyyəsinin fəaliyyətini müsbət dəyərləndiriblər, görülən işlərin davamlı olacağına əminlik ifadə ediblər.

Çıxış edənlər 2025-ci ilin "Konstitusiya və Suverenlik İli", Sumqayıtın isə "Gənclər Paytaxtı" statusu daşımasının şəhərdə sosial layihələrin əhatəsini və keyfiyyətini daha da artırdığını vurğulayıblar.

Tədbirdə digər qonaqların da çıxışları dinlənilib.

Sonda Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudatatov hesabat iclasında iştirak edən qonaqlara təşəkkür edib və bildirib ki, qarşıdakı dövrdə də bələdiyyə şəhərin inkişafı, sakinlərin rifahı və sosial ehtiyacların qarşılanması istiqamətində fəaliyyətini davam etdirəcək.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
Dünən, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
Dünən, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
Dünən, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
Dünən, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

İdman
Dünən, 12:10

DİN: Ölkə üzrə 60 cinayət açılıb

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə

İdman
Dünən, 10:30

"Sabah" "Barselona"nı bu stadionda QƏBUL EDƏCƏK

Bütün xəbərlər
Dünən, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
04 sentyabr 2026, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
04 sentyabr 2026, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
04 sentyabr 2026, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
04 sentyabr 2026, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
04 sentyabr 2026, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
04 sentyabr 2026, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
04 sentyabr 2026, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
04 sentyabr 2026, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
04 sentyabr 2026, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
04 sentyabr 2026, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Oxşar xəbərlər