Sumqayıtın istirahət guşəsində təmir işləri aparılacaq.
Fed.az-ın məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində "Sumqayıt Bulvar" MMC “Sumqayıt Bulvarının cari təmiri” tenderinin nəticələrini elan edib.
Müsabiqənin qalibi “Fateh Construction” MMC olub. Şirkətə 114.596 manat ödəniləcək.