“Sumqayıt – Çörək” ATSC-nin səhmdarları görüş keçirəcəklər. Sumqayıt24 bu haqda 4 aprel tarixində Fed.az-a istinadən xəbər verir.
İllik ümumi yığıncaq cəmiyyətin iclas zalında təşkil olunacaq. Toplantı 7 iyun saat 11:00-da Sumqayıt şəhəri, Lermontov küçəsi, 13 ünvanında baş tutacaq.
Gündəliyə aşağıdakı məsələlər daxildir:
- “Sumqayıt – Çörək” ATSC-nin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi;
- Maliyyə-təftiş komissiyasının hesabatı və nəticələrinin təsdiqi;
- İdarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi;
- İdarə heyəti sədrinin seçilməsi;
- Maliyyə-təftiş komissiyası üzvlərinin seçilməsi;
- Mənfəətin bölüşdürülməsi, əldə olunmuş xalis mənfəətdən istifadənin təyini və təsdiqlənməsi.