Sumqayıt sərnişin dəmiryol stansiyasında nasazlıq aradan qaldırılıb. Sumqayıt24 bu haqda 11 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Dünən səhər saat 07:30 radələrində bir elektron köşkdə kağız pul əsginasın qəbuledicidə dolaşması nəticəsində problem yaranmışdı. Nasazlıq stansiya işçiləri tərəfindən aradan qaldırılıb və köşkün fəaliyyəti bərpa edilib.