Sumqayıt Dövlət Universitetinin (SDU) müəllimi vəfat edib. Bu haqda bu gün, 23 dekabr tarixində SDU-nun Teleqram kanalında məlumat yayılıb.
Məlumata əsasən, Riyaziyyat fakültəsinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti Yusifov Bakir dünən dünyasını dəyişib.
Daha öncə, SDU-nun Biznesin təşkili və menecment kafedrasının müəlliminin vəfat etməsi haqqında məlumat vermişdik.