Sumqayıtda 20 sentyabr - Neftçilər gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.
Sumqayıt24 xəbər verir ki, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində təşkil olunan xeyriyyə aksiyasında “Sumqayıt” Futbol Klubunun əsas komandasının məşqçi heyəti - Samir Abasov, Seymur Rəhimov, Anar Niftəliyev, Vəfadar Quliyev, eləcə də komanda üzvləri - Səbuhi Abdullazadə, Kristian Velinovski, Xəyal Fərzullayev, Silvanus Nimeli, Nihad Əhmədzadə, Nikola Vuynoviç, Sənan Muradlı və Alan Dias iştirak ediblər.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, eləcə də hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.