Sumqayıtlı şagird Rumıniyadan medalla qayıdır.
Sumqayit24.az xəbər verir ki, Buxarest şəhərində Yeniyetmələrin 21-ci Beynəlxalq Elm Olimpiadası (IJSO 2024) keçirilib. Altı nəfərdən ibarət milli komandamız uğurla çıxış edərək ümumilikdə altı bürünc medal qazanıb.
Mükafatçıların arasında Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinfində oxuyan Bəxtiyar Ağayev də var.
Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov qaliblərlə görüşərək onları təbrik edib və uğurlar arzulayıb.