Sumqayıtda həkimlər ağır vəziyyətdə olan körpəni xilas ediblər.
Sumqayit24.az xəbər verir ki, 28 dekabr 2024-cü ildə Masallı rayonundan olan 55 yaşlı qadının paytaxtda özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi 2kq. 690 qram çəkidə olan körpə (kişi cinsli) dekabrın 30-da yenidoğulmuşun tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.
Süni tənəffüs aparatına qoşulan körpəyə həkimlər və tibbi kollektiv tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib. Onun tənəffüsü bərpa olunub və yanvarın 10-da evə yazılıb.
Qeyd edək ki, körpə 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən dünyaya gəlib.