Sumqayıtda yenidən qar yağacaq. Sumqayıt24 bu haqda 8 fevral tarixində xəbər verir.
Məlumata görə, hava sabah yağıntılı keçəcək. Günorta saatlarından etibarən qar yağacağı gözlənilir. Həmçinin havanın temperaturunun gün ərzində -1 dərəcəyədək enəcəyi bildirilir.
Xatırladaq ki, ötən ay qar Sumqayıtda gözəl mənzərə ilə yanaşı, bir sıra fəsadlar da yaratmışdı.