"Sumqayıt" futbol klubundan ayrılan Aleksander Ramalinqom Azərbaycana geri qayıtmayıb. Ona bəzi klublardan təkliflər olsa da, futbolçu İndoneziyada oynamağı seçib.
Madaqaskarlı forvard İndoneziyada çıxış edəcək. 33 yaşlı hücumçu "Persita" ilə anlaşıb. O, bir mövsümü Tanqeranq təmsilçisinin formasını geyinəcək. Qeyd edək ki, bu komandanın qapıçısı "Kəpəz"in sabiq üzvü İqor Rodriqesdir.
Xatırladaq ki, Aleksandr Ramalinqom Sumqayit24.az-a açıqlamasında imkan olduğu halda Azərbaycanda qalmaq istədiyini bildirmişdi.