top
Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinin səbəbi və məqsədi açıqlanıb
18 avqust 2025, 05:03
- ↺ +

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinin səbəbi və məqsədi açıqlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisinin genişləndirilməsi əsasən sahibkarların çoxsaylı müraciətləri ilə bağlıdır.

Bunu Report.az-a açıqlamasında Agentliyin mətbuat katibi Elçin Kazımov bildirib.

O xatırladıb ki, Park yaradılarkən onun ərazisi 167,66 hektar olaraq müəyyənləşdirilib:

“Sahibkarların bura artan marağı nəzərə alınaraq dövlət başçısı müxtəlif illərdə parkın ərazisinin genişləndirilməsilə bağlı 7 sərəncam imzalayıb. Nəticədə SKSP-nin ərazisi mərhələlərlə 639,83 hektara çatdırılıb. Başqa sözlə, rezidentlər qəbul edildikcə mövcud sahələrin kifayət etmədiyi müşahidə olunub, yeni genişlənmə qərarları qəbul edilib. Bu maraq davam etdikcə, gələcəkdə də parkın yeni sahələr hesabına genişləndirilməsi gözlənilir”.

E.Kazımovun sözlərinə görə, Parkın ərazisinin böyüdülməsi ölkədə sənaye istehsalının miqyasını daha da genişləndirəcək: “Bununla yanaşı, ixracyönümlü məhsulların istehsalına dəstək verilməsi beynəlxalq bazarlarda yerli məhsulların rəqabət qabiliyyətini yüksəldəcək. Yeni texnologiyaların tətbiqi isə müasir və innovativ istehsal proseslərinin qurulmasına imkan yaradacaq. Genişlənmə həmçinin xarici investisiyaların ölkəyə cəlb olunmasını təmin edərək iqtisadiyyatın inkişafına əlavə təkan verəcək. Layihənin həyata keçirilməsi minlərlə yeni iş yerinin açılmasına şərait yaradacaq və əhalinin məşğulluq səviyyəsini yüksəldəcək. Bununla yanaşı, yerli sahibkarlığın inkişafına dəstək göstərilməklə iqtisadiyyatın şaxələndirilməsi daha da gücləndiriləcək”.

O vurğulayıb ki, SKSP-də investisiya portfeli 6 milyard manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib: “28 müəssisə fəaliyyətə başlayıb, qalan rezidentlər isə tikinti-quraşdırma və layihələndirmə mərhələsindədir. İndiyə qədər 5,5 milyard manatdan çox investisiya yatırılıb və 6 300-dən çox daimi iş yeri yaradılıb. Bu rəqəmlər göstərir ki, SKSP təkcə sənaye istehsalının mərkəzinə deyil, həm də regionun sosial-iqtisadi inkişafının mühüm dayaqlarından birinə çevrilib. Burada yaradılan hər yeni müəssisə həm iqtisadi artıma, həm də əhalinin məşğulluğuna ciddi dəstək verir”.

E.Kazımovun sözlərinə görə, Parkdakı fəaliyyət kimya sənayesi ilə məhdudlaşmır: “Burada etallurgiya, tikinti materialları, energetika və digər sahələrdə fəaliyyət göstərən çoxsaylı yerli və xarici şirkətlər mövcuddur. Onlar müasir istehsal avadanlıqları və beynəlxalq ekoloji standartlara uyğun texnologiyalar tətbiq etməklə Azərbaycanın sənaye potensialını daha da gücləndirirlər. Parkda yaradılan şərait sahibkarlara həm daxili bazarda, həm də xarici bazarlarda rəqabətqabiliyyətli məhsullar istehsal etmək imkanı verir. Bu isə Azərbaycanın qeyri-neft-qaz sektorunun inkişafına mühüm töhfədir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
Bu gün, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
Bu gün, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
Dünən, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
Dünən, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
Dünən, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
Dünən, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
Dünən, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
Dünən, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Bütün xəbərlər
Dünən, 09:53

Sumqayıtda 5 nömrəli avtobusun intervalı 13 dəqiqədir - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt Dövlət Universiteti 155 min manata mebel alır

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Bütün xəbərlər
29 oktyabr 2026, 20:51

Ceyranbatanda şagirdlərin qida zəhərlənməsi faktı təsdiqlənməyib

Bütün xəbərlər
29 oktyabr 2026, 19:00

Xəstəxana bağlı qalıb, təmir isə görünmür: Sumqayıtdan ŞİKAYƏT

İdman
29 oktyabr 2026, 16:42

Sumqayıtlı MMA döyüşçüsü çəki limitini keçdi - qarşılaşması ləğv edilmədi

Bütün xəbərlər
29 oktyabr 2026, 16:10

Qatarlarda unudulan əşyaların sayı açıqlandı – Bakı-Sumqayıt ilk sırada

Bütün xəbərlər
29 oktyabr 2026, 15:25

Sumqayıtda piyadanı vuraraq öldürən şəxs yenidən məhkəmə qarşısında

Bütün xəbərlər
29 oktyabr 2026, 14:43

19 yaşında Vətənə canının fəda edən Teymurun doğum günüdür

İdman
29 oktyabr 2026, 13:51

"Sumqayıt" - "Şəfa" oyunu ilə bağlı azarkeşlərə MÜJDƏ

Bütün xəbərlər
29 oktyabr 2026, 13:00

Sumqayıta gecə və səhər yağış yağa bilər

Oxşar xəbərlər