“Azərbaycan Dəmir Yolları” QSC-də yeni təyinat olub. Sumqayıt24 bu haqda 5 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Qurumun sədri Rövşən Rüstəmov özünə müşavir təyin edib. Məlumata görə, sözügedən vəzifənin icrası "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin sabiq direktoru Nazim Talıbova tapşırılıb.