Sumqayıtda fəaliyyət göstərən məhkəmədə kadr dəyişikliyi baş verib. Bu haqda Report-a istinadən xəbər veririk.
İlham Əliyevin imzaladığı sərəncama əsasən, Sumqayıt Şəhər Məhkəməsinə yeni hakim təyin olunub. Bundan sonra həmin məhkəmədə hakim vəzifəsini Zaur Hacıyev icra edəcək.
Qeyd edək ki, Hacıyev təyinatdan əvvəl paytaxtın Sabunçu Rayon Məhkəməsinin hakimi olub.