Sumqayıtın məşhur “14 mərtəbə”sini tikən şəxs 82 yaşında dünyasını dəyişdi. Bu haqda Xeberle.com-a istinadən xəbər veririk.
Söhbət, Ali təhsilli inşaatçı-mühəndis Bəhlul Quliyevdən gedir. O, uzun illər 1 nömrəli Sumqayıt tikinti dairəsinin sahə rəisi olub. Quliyev, Sumqayıtda 14 mərtəbəli binanın, eləcə də şəhərin digər mikrorayonlarında binaların və məktəblərin tikintisinə sahə rəisi kimi rəhbərlik edib.
Bir müddət o, Sumqayıt Şəhər Üst Trikotaj Fabrikinin direktor müavini, "Kompressorlar" zavodununda isə əsaslı tikinti rəisi olub.
Foto xeberle.com