top
Sumqayıt məhkəməsi Rusiyada azyaşlı qızı zorlayana hökm oxudu
26 noyabr 2024, 06:50
- ↺ +

Sumqayıt məhkəməsi Rusiyada azyaşlı qızı zorlayana hökm oxudu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Çox içkili idim, özümü saxlaya bilmədim. Ona gözüm düşdü”.

Shimal.News-un məlumata görə, bu sözləri məhkəmə qarşısında yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Cahid Piriyev (ad şərtidir) deyib.

Belə ki, 1995-ci il də Qusarda anadan olan Cahid Piriyev işləmək üçün Rusiyaya gedib. Orada olan zaman sərxoş vəziyyətdə yetkinlik yaşına çatmayan, 2004-cü il təvəllüdlü rusiyalı Kristina Rzayevaya (ad şərtidir) qarşı seksual hərəkətlər edib. Nəticədə qızın razılığı olmadan onunla intim münasibətdə olub.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 149.2.3-cü (Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Cahid Piriyevə ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilməyib. İfadəsində qeyd edib:

“2017-ci ildə işləmək üçün Rusiya Federasiyasına getdim. Orada bibim oğluna məxsus mağazada Kristina ilə tanış oldum. 3 il ərzində Kristina və digər dostlarımızla bərabər tez-tez yeyib-içməyə, istirahət etməyə gedirdik. Hadisə baş verən günü həmişəki kimi konteynerdə yeyib-içirdik. Kristina ilə digər dostumuz dava etməyə başladılar, bu zaman özlərinə xəsarət də yetirdilər. Hadisədən sonra mən konteynerdə yatmışdım. Səhər saat 8-də polis əməkdaşları konteynerdə məni ağzı üstə yerə yıxıb qandallayaraq polis idarəsinə apardılar. Mənə dedilər ki, Kristinanı zorladığım üçün tutulmuşam. Kameralara baxdıqdan sonra günahsız olduğum müəyyənləşdi. Sərbəst buraxıldım. Qonşumuzla problemim var idi, düşünürəm ki, o edib”.

Cahid Piriyevin istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olub. Belə ki, o, istintaqdakı ifadəsində çox içkili olduğu üçün Kristinaya gözü düşdüyünü, onun icazəsi olmadan zorladığını etiraf edib. Kristina müqavimət göstərsə də, onu müqavimətini qırdığını qeyd edib.

Məhkəmənin gedişatında zərərçəkmiş Kristina Rzayeva dindirilib. O, ifadəsində göstərib:

“Cahid mənə birlikdə yük maşınında gəzməyi təklif etdi. Özüm də darıxırdım deyə təkliflə razılaşdım. Cahid yük maşınını torpaq yola, tənhalıq yerə sürdü. Torpaq yolda dayanıb siqaret çəkmək istədiyini dedi. Siqaret çəkəndən sonra Cahid mənə yaxınlaşıb öpüb, qucaqlamaq istədi. Mən də itələdim. Amma gücüm çatmadı. Mənimlə zorla cinsi əlaqədə oldu”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə Cahid Piriyev 8 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər