Sumqayıtda konsertə hazırlıq gedir. Bu barədə 8 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İşlər Dövlət Dram Teatrının önündəki meydanda aparılır. Əraziyə canlı işçi qüvvəsi və texnika cəlb edilib. Artıq meydanda səhnə qurulub, Azərbaycan bayraqları asılıb. Havanın qeyri-sabit keçməsinə baxmayaraq insanlar bu tədbirə böyük maraq göstərirlər.
Qeyd edək ki, Zəfər Gününə həsr olunmuş konsert saat 18:30-da başlayacaq. Burada tanınmış müğənnilər - Faiq Ağayev, Aygün Kazımova, Miri Yusif, Mübariz Tağıyev, İlhamə Qasımova, Məleykə Əsədova, Təyyar Bayramov, Aytən Məhərrəmova, Amil Həsənoğlu, Sədəf Budaqova, İlkin Əhmədov və “Natiq” Ritm Qrupu çıxış edəcəklər. [modula id="26589"]