Sumqayıtın musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası olacaq.
Sumqayit24.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, hər əməkdaşa 30 dəqiqə vaxt ayrılacaq. Şəhərdə attestasiyanın 2025-ci ilin fevral ayı ərzində yekunlaşdırılması planlaşdırılır.
Nazirlik rəsmisi bildirib ki, imtahanın müsahibə formatında keçirilməsi nəzərdə tutulur. Attestasiya hər bir işçi ilə fərdi qaydada, praktiki ifaçılıq və nəzəri (sual-cavab) üsul ilə keçirilir.
Hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Qanunvericiliyə uyğun qiymətləndirmənin başlanmasına 1 ay qalmışdan gec olmayaraq proqram müəllimlərə veriləcək.