"Sumqayıt Nəqliyyat" MMC-də yeni təyinat baş tutub.
Sumqayit24.az xəbər verir ki, Hüseyn Rəhimov MMC-nin direktor vəzifəsinə təyin olunub. O, şirkətin rəhbərliyində Məzahir Piriyevi əvəz edib.
Qeyd edək ki, MMC 2016-cı ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır.