Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin siyahısında dəyişiklik edilib.
Report.az-n məlumatına görə, bununla bağlı ETN kollegiyası qərar qəbul edib.
Siyahıda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi də yer alıb. Qərara əsasən Peşə Təhsili üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki peşə təhsili müəssisələrinin siyahısında “Peşə təhsili mərkəzləri” bölməsinə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi əlavə edilib.