Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəbdə metodik görüşlər keçirilib. Bu haqda 18 fevral tarixində Sumqayıt24 Azərtac-a istinadən xəbər verir.
Sözügedən pilot məktəbdə uşaq birliyi, metodbirləşmə rəhbərləri, kitabxanaçı, psixoloq və direktor müavinləri ilə ümumi və fərdi görüşlər təşkil edilib. Dərs dinləmələri zamanı müşahidə olunan qeydlər müzakirə edilib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin “Regionlarda müasir metodik xidmətin təşkili” layihəsi əsasında pilot məktəblərdə metodik xidmətin səmərəli təşkili və prosesin gedişatını izləmək məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur.