Sumqayıt Şəhər Prokurorluğunda kadr dəyişikliyi baş tutub.
Sumqayit24.az xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyev Siyəzən rayon prokuroru vəzifəsinə təyin edilib.
Digər əmrlə Yusuf Novruzov Sumqayıt şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.
Y.Novruzov əvvəllər Qaradağ rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrində işləyib.
Bu təyinata qədər Yusif Novruzov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsində işləyib.
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən