Sumqayıt şəhərinin "28 May" mədəniyyət evində əmək yarmarkası keçirilib. Bu barədə 16 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Tədbir Qubadlı rayonunda aparılan təmir-bərpa işləri ilə bağlı olub və Şərqi Zəngəzur İqtisadi Rayon 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Şərqi Zəngəzur Məşğulluq Mərkəzinin əmakdaşları və Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
Əmək yarmarkasına Qubadlı rayon sakinləri və digər şəhər və rayonlardan ümumilikdə 300 nəfər qatılıb. Burada müxtəlif sahələrdə iş yerləri təklif olunub. Məqsəd işğaldan azad olunmuş Şərqi Zəngəzur İqtisadi rayonunda təmir-tikinti işləri üçün ixtisaslı mütəxəssislər tapmaq olub.