Sumqayıt Şəhər İcra Hakimiyyətinə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Samir İsmayılovun sədrliyi ilə oktyabrın 10-da baxılacaq.
Qeyd edək ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.