top
Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi ilə itlər güllələnir – AÇIQLAMA
11 yanvar 2025, 05:35
- +

"Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi ilə itlər güllələnir" – AÇIQLAMA

Sumqayıtda pişiklərə qarşı insanlığa sığmayan hərəkət edilib.

Xəbər verdiyimiz kimi, naməlum şəxs birləşmiş məhəllədə (7-8-12-сі məhəllələr) pişikləri torbaya yığır, sonra isə onları yandırır, dərədən atır, başını və digər bədən üzvlərini kəsərək zülmlə öldürür.

Bəs görəsən bu şəxslər niyə cəzalandırılmır?

Mövzu ilə bağlı Good World Animals Rescue&Protection (GWARP) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının direktorlar şurasının üzvü və cari prezidenti Fərid Mansurov Sonxeber.az – a açıqlama verib:

"İlk öncə dövlət qurumları vətəndaşa nümunə olmalıdırlar. Sumqayıtda uzun illərdir İcra Hakimiyyətinin birbaşa göstərişi ilə sahibsiz itlər güllələnir. Mən başa düşürəm ki, küçə itləri əhali üçün təhlükəli ola bilər. Amma əgər doğru istifadə etməsən, elə maşınlar da təhlükəlidir. Hətta deyərdim maşın qəzaları zamanı daha çox insan ölür, nəinki itlərin hücumu nəticəsində. Hələ ki, heç kim sahibsiz itlər üzündən həyatını itirməyib. Zərərçəkənlər olub, düzdür, amma hər zaman da araşdırma zamanı məlum olub ki, insanlar bu hadisədə özləri günahkardır. Qısaca, mən birmənalı olaraq demirəm ki, küçədə sahibsiz itlər ola bilər. Xeyir. Sadəcə sahibsiz itlərin populyasiyası küçələrdə tənzimlənməlidir. Amma daş dövründəki kimi yox. Uzun illər əlisilahlılar küçələrdə gəzib itləri güllələyidilər. Amma heç bir tədbir görülmürdü. Uzun illər Sumqayıtda belə hadisələrin şahidi olan əhali əlbəttə ki, dövlət qurumlarından ibrət alaraq pişikləri boğacaq, itləri asacaq. Dövlət qurumları özləri qaydaları pozandan sonra vətəndaşlardan elə də çox şey gözləmək olmur. Uzun illər Sumqayıtda itlər güllələnib, pişiklər zəhərlənib. Bizdə bunlarla bağlı əsaslı sübutlar da var. Dəfələrlə Sumqayıt İcra Hakimiyyətinin önündə etirazlar edilib, aksiyalar keçirib. Lakin bu cinayətkarları heç nə dayandırmırdı. Onları bir müddət əvvəl COP29 dayandırdı. COP29-dan öncə heyvanların amansızlıqla güllələnməsi yığışdırıldı. COP29-dan sonra da belə bir hadisə hələki müşahidə olunmayıb. Ümid edirik ki, daha da müşahidə edilməz".

Azərbaycanda heyvan hüquqları kifayət qədər qorunurmu?

"Uzun müddət idi ki, Azərbaycan Respublikasının yalnızca İnzibati Xətalar məcəlləsinin 247-cü maddəsində deyilirdi ki, heyvanlara qarşı şiddət, amansız rəftar göstərilərsə və o heyvan şikəst qalarsa və ya tələf olarsa, bunu edən şəxs 500 manat cərimə olunmalıdır. Lakin 2024-cü ilin sonunda yeni qanun qəbul edildi və artıq cərimələrin misli artdı. Amma, burda da cinayət məsuliyyəti son dərəcə simvolikdir. Qlobal olaraq heç nə dəyişməyib və dəyişməyəcək də. Heyvanlara qarşı amansız rəftar törədən şəxslər bunu o şəkildə edirlər ki, məsuliyyətə cəlb edilməsinlər. Adətən 90 faiz hadisələrdə biz sadəcə onların əməllərinin nəticələrini görürük və həmin şəxsləri tapmaq son dərəcə çətin olur. Çünki, hüquq-mühafizə orqanları bu məsələ üçün heç vaxt can yandırmırlar. Son dərəcə həvəssiz davranırlar.

Heyvanlara qarşı şiddət törədənlər də adətən işsiz, təhsilsiz, cahil şəxslər olurlar. Rəsmi gəlir yeri olmayan şəxslər təbii ki, heç cərimələri də ödəmirlər. Hüquq-mühafizə orqanları əməllərinə görə onlara cərimə yazır və probasiya şöbəsinə yönləndirir. Həmin şöbə vətəndaşı çağırır və görür ki, bu adamın heç bir gəlir yeri yoxdur. Nəticədə ondan bu cəriməni almaq qeyri-mümkün olur. Beləliklə, bu şəxs növbəti dəfə yenə eyni amansızlıqları törədir. Sadəcə artıq daha diqqətli olur. Onlar dayanmır. Dayana bilmirlər. Bir çox elmi araşdırmalar zamanı məlum olub ki, heyvanları öldürən, onlara əzab verən, şiddət törədən şəxslər çox ciddi psixoloji pozuntulara sahibdirlər və onlar artıq manyakdırlar. Belə insanlar bir yerdən sonra heyvan öldürməklə kifayətlənmir, keçir uşaqlara, daha sonra böyüklərə.

Bizim cəmiyyətdə də təəssüflər olsun ki, heyvanlara qarşı amansız rəftar gedərək artmaqdadır. Baxmayaraq ki, qanunvericilikdə cəzalar sərtləşdirilib. Yenə də bu amillər artmağa davam edir. Bu da onu göstərir ki, cəmiyyətdə psixoloji problemləri olan, potensial canilərin sayı artır. Bu insanı necə cərimə edək? Necə cinayət məsuliyyətinə cəlb edək? Cinayət məsuliyyətinə əqli cəhətdən sağlam insanı cəlb etmək olar. Bu insanlar isə heyvanlara əziyyət verib bundan zövq alırlar. Bütün bunlar onu göstərir ki, belə şəxslər psixoloji cəhətdən sağlam deyillər.

Mən bir heyvanların hüquq müdafiəçisi olaraq çıxış yolunu onda görürəm ki, heyvanlara əzab verən, onları tələf edən şəxslərə öncə psixiatrik ekspertiza təyin olunsun. Əminəm ki, bu şəxslərin ruhi xəstə olduğu ekspertiza nəticəsində ortaya çıxacaq. Ruhi xəstələri isə cərimə edib buraxmaq olmaz. Bu insanlar təhlükəlidir. Bu gün heyvan öldürür, sabah insan öldürə bilər. Ona görə də belə şəxsləri cəmiyyətdən təcrid etmək lazımdır. Barələrində ədalətli qərar verilməsi üçün mütləq şəkildə psixiatrik ekspertizadan keçməlidirlər. Lakin, Azərbaycanda bu barədə heç bir addım atılmır. Sadəcə cərimlərin məbləği artır. Bu məsələlərə ciddi yanaşmaq lazımdır. Cəmiyyətimizdə canilər gəzir və həmin canilərin sayı günbəgün artmaqda davam edir".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:15

Adı dünyanın 7 nüfuzlu universitetinin qəbul siyahısında olan sumqayıtlının uğur hekayəsi

Bütün xəbərlər
Dünən, 17:47

"İşləmək imkanlı olmaq demək deyil" – təhsil kreditləri ilə bağlı yeni təklif

Bütün xəbərlər
Dünən, 17:15

Kanalizasiya problemi, dözülməz şərait, çarəsiz Sumqayıt sakinləri

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtda "ağıllı su şəbəkələri" tətbiq olunacaq

Bütün xəbərlər
Dünən, 16:15

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Dünən, 15:45

"İnandır və qalib gəl" – Sumqayıtlı gənclər üçün yeni yarış

İdman
Dünən, 15:15

Burkina Faso yığmasının vingeri "Sumqayıt"a gəlir?

Bütün xəbərlər
Dünən, 14:45

17-ci mikrorayonda sakinlər susuz qaldı - Qurumdan açıqlama

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtda sabah 29 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıt məhkəməsində DTX-nin həbs etdiyi şəxslərə cəza verildi

Bütün xəbərlər
Dünən, 13:15

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda avtobus sürücüsündən qeyri-peşəkar davranış - VİDEO

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda hündürlükdən yıxılan fəhlə öldü

Bütün xəbərlər
Dünən, 11:46

Sumqayıtda pensiyalar ödənildi

İdman
Dünən, 11:43

UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?

İdman
Dünən, 11:13

Sumqayıtlı Avropa çempionu azarkeşlərlə görüşəcək

Bütün xəbərlər
Dünən, 10:43

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Dünən, 10:13

"Sumqayıt" serbiyalı legionerini "Turan Tovuz"a satdı

Bütün xəbərlər
Dünən, 09:43

19 yaşında Murovdağ döyüşlərində şəhid olan Cəbrayılın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:09

Elektrik kəsintisi olacaq ərazilər AÇIQLANDI

Bütün xəbərlər
10 sentyabr 2026, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
10 sentyabr 2026, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
10 sentyabr 2026, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
10 sentyabr 2026, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Oxşar xəbərlər