Mehdi Hüseynzadə adına stadionun önünə abidə qoyulub. Bu barədə 3 dekabr tarixində Sumqayıt24 xəbər verir.
İki futbolçunun mübarizəsini əks etdirən kompozisiyanın hündürlüyü 4 metrdir. Yaxın zamanda Mehdi Hüseynzadənin heykəli və üzərində onun adının yazıldığı lövhə də ərazidə quraşdırılacaq. Hazırda isə meydançanın ətrafına yeni oturacaqlar qoyulur.
Qeyd edək ki, burada ev oyunlarını keçirəcək “Sumqayıt” futbol klubu yeni avtobus ilə təmin edilib. [modula id="28043"]