Sumqayıt şəhəri Bakı aqlomerasiyasına daxil ola bilər. Sumqayıt24 bu haqda 9 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Paytaxtın 2030-cu ilə qədər regional inkişaf planı hazırdır. Bu, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin hesabatında qeyd edilib. Plana əsasən, yeni aqlomerasiya Bakını Sumqayıt şəhəri və Abşeron rayonu ilə birləşdirməlidir.