“Azərbaycanın sosial iqtisadi inkişafında Sumqayıt şəhərinin strateji əhəmiyyəti” adlı monoqrafiyanın təqdimatı olub. Bu haqda 1 dekabr tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Tədbirdə icra başçısı Zakir Fərəcov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Gələcəyə baxış” adlı kitab beş fəsildən ibarətdir. Onun müəllifi SDU-nun professoru Şəfa Əliyev, məsləhətçisi və ön söz müəllifi Zakir Fərəcov, elmi redaktoru akademik Ziyad Səmədzadədir. Bu monoqrafiyanın sonunda tədqiqat proseslərində əldə edilmiş nəticələr və şəhərin gələcək inkişafı ilə bağlı elmi-praktiki yanaşmalar maraqlı formada təqdim edilib.