Sumqayıtda humanitar yardım kampaniyası davam edir. Sumqayıt24 bu haqda 13 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Şəhər sakinləri tərəfindən gətirilən yataq dəstləri, isti geyimlər, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə qablaşdırılır.
İnsanların müvəqqəti yaşaması üçün 22 konteyner evin Türkiyəyə, zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməsi nəzərdə tutulur. Bu gün onlardan 4 ədədi və 230 min AZN dəyərində olan 16 tona yaxın humanitar yardım Sumqayıtdan birbaşa Türkiyəyə yola salınacaq.
Qeyd edək ki, qarşıdakı günlərdə şəhərimizdən 500 min manatlıq, ümumi çəkisi 75 ton olan humanitar yardım 11 TIR-la qardaş ölkəyə göndəriləcək.