Sumqayıtda silah-sursat aşkarlanıb.
Report.az-ın məlumatına görə, hadisə "Yaşma bağları" ərazisində qeydə alınıb.
Dənizkənarı ərazidən 1 ədəd “Clock 26C” markalı travmatik tapança, 1 ədəd süngü bıçaq, 1 ədəd “RPQ-7” qumbaraatana aid optik görmə cihazı və ləvazimatları, içərisində 25 ədəd 5,45 mm patron olan 1 ədəd daraq və 4 ədəd kiçik ölçülü şüşə qabda civəyə bənzər maddə aşkar olunub.
Tapılan sursatlar aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.