Sumqayıtda təqaüddə olan həkim Xanım Feyziyeva vəfat edib.
Sumqayit24.az-ın əməkdaşı xanımın ölüm səbəbini dəqiqləşdirmək üçün Sumqayıt Vərəm Dispanserinin baş həkimi Asif Quliyevlə əlaqə saxlayıb. A.Quliyev Xanım Feyziyevanın 10 il bundan öncə təqaüdə çıxdığını bildirib:
“Uzun illər dispanserdə işləyirdi. Çox yaxşı insan, məsuliyyətli işçi idi. İşdən ayrılanda artıq 80 yaşı var idi. Rəhmətə getməsəydi, dekabr ayında 90 yaşı olacaqdı. Onkoloji xəstəliyə görə dünyasını dəyişib. Allah rəhmət eləsin!”