Sumqayıt sakini dəm qazından boğularaq dünyasını dəyişib. Bu haqda 18 fevral tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Hadisə ötən gün gecə saatlarında Qəbələ rayonunda baş verib.
Sumqayıt sakini, 39 yaşlı Ziya İbrahimov dəm qazından zəhərlənərək dünyasını dəyişib, Şamaxı sakini, 31 yaşlı Turanə Abdullayeva ağır vəziyyətdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hər iki şəxsin qonaq gəldikləri Vəndam qəsəbəsində kirayə qaldıqları evin hamam otağında tapıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.