top
Sumqayıt sakini keçmiş arvadını döydü, həbs olundu
03 iyun 2025, 00:06
- ↺ +

Sumqayıt sakini keçmiş arvadını döydü, həbs olundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 1985-ci il təvəllüdlü İlqar mübahisə zamanı keçmiş həyat yoldaşı Nərminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 1-ci mikrorayon ərazisində yerləşən uşaq bağçasının yaxınlığında baş verib.

Sumqayıt şəhər sakini İlqar   telefon zənglərinə cavab vermədiyi üçün aralarında yaranan mübahisə zamanı keçmiş həyat yoldaşının bir dəfə yumruqla baş nahiyəsinə, bir dəfə sillə ilə sol qulaq nahiyəsinə və iki dəfə təpiklə sol ayağına zərbə endirib.

Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Nərminə ilə 2 ilə yaxındır  boşanıblar:

“Nərminədən boşansaq da, bizim əlaqəmiz qaldı, eyni evdə yaşamışıq. Hadisədən əvvəl Nərminəyə zəng edərək harada olduğunu soruşdum. Bu zaman Nərminə məni qəbul edə bilmədiyini deyərək, telefonu söndürdü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nərminəyə zəng etsə də, onun zənginə cavab verilməyib:

“Bu səbəbdən Nərminənin işlədiyi uşaq bağçasına getmək qərarına gəldim. Həmin gün saat 12:20-də həmin bağçaya gedərək  orada Nərminə ilə rastlaşdım. Ondan nə üçün telefon zənglərinə cavab vermədiyini soruşdum. Cavab olaraq “yaxşı etdiyini” deyərək nalayiq ifadələr işlətdi. Bu zaman Nərminənin hərəkətinə əsəbləşdim, onu özümdən uzaqlaşdırmaq üçün itələdim. Bundan sonra həmin ərazidən uzaqlaşaraq getdim. Hadisə təxminən 4-5 dəqiqə davam etsə də, yanımızda kimsə olmayıb. Hadisə vaxtı Nərminəni məni təhqir etdiyi üçün onu sadəcə sinəsindən itələmişəm. Eyni zamanda Nərminənin əyninə geyindiyi şalvar xoşuma gəlmədiyi üçün şalvardan tutaraq irəli geri dartmışam. Mən Nərminəni vurmamışam, döyməmişəm, bədən xəsarəti yetirməmişəm”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminənin sözlərinə görə, İlqarla 2 il olar rəsmi qaydada boşanıb:

“Buna baxmayaraq İlqar məni tez-tez narahat edib. Küçədə, evimin yaxınlığında, iş yerimdə qarşımı kəsərək narahat edib. Sonuncu dəfə hadisə günü saat 12:20-də işə gedərkən uşaq bağçasının yaxınlığında İlqar qarşımı kəsdi, telefon zənglərinə hansı səbəbdən cavab vermədiyimə irad bildirdi. Mənimlə mübahisə etməyə başladı, ünvanıma təhqiredici ifadələr səsləndirdi. Bundan sonra baş və bədənimin müxtəlif nahiyyələrinə yumruq, daha sonra isə təpiklə zərbələr endirdi, əynimdə olan şalvarı cırdı. Mən İlqarın əlindən güclə çıxaraq qaçdım. İİlqar məni döyən zaman iş yoldaşım Aydan yaxınlıqda olub və hadisəni görüb. Lakin bizə yaxınlaşmadı”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar 5 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

İdman
31 oktyabr 2026, 17:30

ABL-də "Sumqayıt" - "Sabah" matçı başqa arenada keçiriləcək

İdman
31 oktyabr 2026, 16:59

Sumqayıtda cüdo üzrə bölgə çempionatı keçirildi – NƏTİCƏLƏR

Bütün xəbərlər
31 oktyabr 2026, 16:21

Sumqayıtda təcili tibbi yardım şöbəsi qəsəbədən uzaq düşdü - ŞİKAYƏT

Bütün xəbərlər
31 oktyabr 2026, 15:40

Sumqayıtda ərazinin görünüşünü korlayan yarımçıq tikilidən şikayət

Bütün xəbərlər
31 oktyabr 2026, 15:06

MKA: "Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Bütün xəbərlər
31 oktyabr 2026, 14:10

Sumqayıt məhkəməsinin fəaliyyəti Ali Məhkəmənin Plenumununda müzakirə olundu

Bütün xəbərlər
31 oktyabr 2026, 13:31

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - MƏHKƏMƏ

Bütün xəbərlər
31 oktyabr 2026, 12:43

Sumqayıtda işləmiş kişi arvadını 16 bıçaq zərbəsi ilə yaraladı - SƏBƏB

Bütün xəbərlər
31 oktyabr 2026, 11:25

Sumqayıtın "Dəmir adam"ı rusiyalı rəqibinə qalib gəldi

Bütün xəbərlər
31 oktyabr 2026, 10:29

İki oğlu yadigar qalan sumqayıtlı şəhidin doğum günüdür

Bütün xəbərlər
31 oktyabr 2026, 09:05

Sumqayıtın geniş yolları: şəhərin nəbzini tutan dörd küçə

Bütün xəbərlər
31 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 35-ci günü: XRONİKA

Bütün xəbərlər
30 oktyabr 2026, 18:30

Sumqayıt məktəblisindən beynəlxalq uğur

Bütün xəbərlər
30 oktyabr 2026, 17:58

Sumqayıtda zəncivari qəza

Bütün xəbərlər
30 oktyabr 2026, 17:20

Novxanı yolunda işıq dirəklərinin adı var, özü yoxdur

Bütün xəbərlər
30 oktyabr 2026, 16:45

Sumqayıt havası çirklənən şəhərlər sırasında

Bütün xəbərlər
30 oktyabr 2026, 16:08

Sumqayıtda şənbə günü hava belə olacaq

Bütün xəbərlər
30 oktyabr 2026, 15:00

Sumqayıt yolunda təhlükəli çökmə

Bütün xəbərlər
30 oktyabr 2026, 14:20

Sumqayıtda tarixi abidəyə ekskursiya: Gənclər Corat hamamında

Bütün xəbərlər
30 oktyabr 2026, 13:40

Sumqayıtda daha bir ərazidə ağacları kəsib yerində köşk quraşdırdılar - AÇIQLAMA

Bütün xəbərlər
30 oktyabr 2026, 13:00

SDU ilə Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı

İdman
30 oktyabr 2026, 12:30

Sumayıtlı boksçu dünya üçüncüsü oldu

Bütün xəbərlər
30 oktyabr 2026, 11:45

Bakıətrafı ərazilərdə dəmiryol stansiyalarının sayı artırılır: Siyahıda Saray da var

Bütün xəbərlər
30 oktyabr 2026, 10:35

Sumqayit24.az quruma məlumat verdi - zibil qutularının yeri dəyişdirildi

Oxşar xəbərlər