top
Sumqayıt sakini: Vəzifəli şəxsin atları və itləri bizi yaşamağa qoymur
09 yanvar 2026, 15:45
- ↺ +

Sumqayıt sakini: "Vəzifəli şəxsin atları və itləri bizi yaşamağa qoymur"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri, Novxanı bağları, 377A ünvanında yaşayan 66 yaşlı Novruz Əsgərov qonşu həyətdə saxlanılan heyvanların yaratdığı səs-küy və qoxudan şikayətçidir.

Qafqazinfo.az-a müraciət edən vətəndaş bildirib ki, qonşunun saxladığı itlər və atlar ona və ailə üzvlərinə ciddi narahatlıq yaradır.

Vətəndaşın sözlərinə görə, qonşusuna məsələ ilə bağlı bir neçə dəfə müraciət etsələr də, həmin şəxslər narazılığa məhəl qoymayıblar: 

"Bir müddət əvvəl ürək əməliyyatı keçirmişəm, səhhətimlə bağlı problemlər yaşayıram, yoldaşım isə yüksək təzyiq xəstəsidir. Evimizdə 4 uşaq da var. Yaşadığım ünvanda qonşunun həyətində saxlanılan 9 it səbəbi ilə uzun müddətdir həm özüm, həm də ailə üzvlərim, xüsusilə uşaqlar ciddi narahatlıq keçirirlər. İtlərin gecə-gündüz fasiləsiz hürməsinə görə gecə yatmaq mümkün olmur, bu isə birbaşa olaraq səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsir göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, itlərin səsindən yoldaşımın təzyiqi tez-tez qalxır, 3 yaşlı nəvəm isə gecələr yuxudan oyanaraq qorxu içində ağlayır. Bu vəziyyət uşağın psixologiyasına ciddi zərər vurur, ailəmizdə daim həyəcan və stress yaradır. Bundan başqa, qonşumuz həyətinin kənarında atlar üçün xüsusi yer də hazırlayıb və orada 5 at saxlayır. Onların qoxusu da əlavə narahatlıqlar yaradır".

N.Əsgərov əlavə edib ki, bəzi hallarda itlər sakitləşsin deyə həyətə daş atmağa məcbur qalırlar: 

"Lakin bununla bağlı dəfələrlə mühafizəçi tərəfindən hədələnmişik. Bizə bildirilib ki, "bir də bu həyətə daş atılsa, başınız ağrıyacaq". Bu cür hədələr vəziyyəti daha da gərginləşdirir və biz özümüzü təhlükəsiz hiss etmirik. Yaranmış səs-küy, sanitar vəziyyət və təhlükə problemi ailəmizin normal yaşayış hüququnu pozur. Xahiş edirəm, məsələ yerində araşdırılsın və qanunvericiliyə uyğun tədbirlər görülsün".

Şikayətçi həmin it və atların əsl sahibinin kim olduğunu öyrənməyə çalışdıqlarını və ev sahibinin general olduğunu eşitdiklərini qeyd edib: 

"Biz sonradan öyrəndik ki, həmin mülkiyyətlər Müdafiə Sənayesi Nazirliyinin "Cihaz" İstehsalat Birliyinin direktoru Fəlah Quliyevə məxsusdur".

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş problemlə bağlı onlara müraciət ünvanlamayıb: 

"Vətəndaş tərəfindən rəsmi müraciət Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olduğu təqdirdə, məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla birgə yerində araşdırıla bilər".

Şikayətdə adı hallanan direktor Fəlah Quliyevlə bağlı ittihamlara aydınlıq gətirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ilə də əlaqə saxladıq. Lakin günlər keçsə də, nazirlikdən müraciətimizə cavab ala bilmədik.

***

Bildirilib ki, Sumqayıt şəhəri Novxanı bağ massivi ərazisində heyvanların yaratdığı səs-küy, sanitar və təhlükəsizliklə bağlı iddialar polis əməkdaşları tərəfindən araşdırılır. Qeyd olunan ünvanda şikayətçinin müraciəti, həm də ərazidə mövcud olan faktiki vəziyyət qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymətləndirilməklə aradan qaldırılması üçün tədbirlər görülür.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər