top
Sumqayıt sakinləri yenə aldadıldı? - Avtobuslar kart sisteminə KEÇMİR
06 yanvar 2026, 17:40
- ↺ +

Sumqayıt sakinləri yenə aldadıldı? - Avtobuslar kart sisteminə KEÇMİR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin oktyabr ayında "Sumqayıt Nəqliyyat" MMC-nin əməkdaşı Tofiq Saydumov Bizim.Media-ya verdiyi açıqlamada şəhərdaxili avtobusların 2026-ci ilin yanvar ayından kart sisteminə keçəcəyini bildirmişdi.

O, eyni zamanda ilin sonunadək Sumqayıt şəhərinin 100 ədəd CNG (sıxılmış təbii qaz) və elektriklə işləyən yeni nəqliyyat vasitələri ilə təmin olunacağını da vəd etmişdi.

Lakin artıq yeni ilə qədəm qoyulmasına baxmayaraq, nə kart sisteminə keçidlə, nə də 100 yeni avtobusun istismara verilməsi ilə bağlı hər hansı irəliləyiş müşahidə olunur. Bu vəziyyət Sumqayıt sakinlərinin narazılığına səbəb olub. Həmşəhərlilərimiz aldadıldıqlarını düşünərək məsələ ilə bağlı redaksiyamıza çoxsaylı müraciətlər ediblər.

Məsələni dəqiqləşdirmək məqsədilə Sumqayit24.az-ın əməkdaşı "Sumqayıt Nəqliyyat" MMC-yə sorğu ünvanlayıb. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində nəqliyyat infrastrukturunun mərhələli şəkildə yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir:

"Marşrut xətlərində istismar olunan köhnə avtobuslar müasir tələblərə cavab verən, daha komfortlu və təhlükəsiz nəqliyyat vasitələri ilə əvəz olunur, yeni avtobuslar mərhələli şəkildə xəttə buraxılır.

Avtobuslarda ödənişlərin kart sistemi vasitəsilə həyata keçirilməsinə gəlincə, bu məsələ nəqliyyat sahəsində aparılan ümumi müasirləşmə prosesinin tərkib hissəsidir. Kart sisteminə keçid avtobus parkı tam şəkildə yeniləndikdən və texniki  hazırlıq işləri yekunlaşdırıldıqdan sonra mərkəzləşmiş qaydada tətbiq ediləcək.

Hazırda bu istiqamətdə müvafiq qurumlarla koordinasiyalı şəkildə işlər davam etdirilir. Prosesin başa çatması və kart sisteminə keçidlə bağlı qərar qəbul edildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

Bununla yanaşı, redaksiyamız tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də sorğu ünvanlanaraq, Tofiq Saydumovun ötən ilin oktyabrında verdiyi açıqlamanın sözügedən qurumla koordinasiyalı şəkildə olub-olmadığı dəqiqləşdirilib.

Qurumdan bildirilib ki, ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin tətbiqinin sürətləndirilməsi istiqamətində işlər aparılır və Sumqayıt şəhəri də bu baxımdan prioritet hesab olunur:

Lakin konkret tarixlə bağlı AYNA tərəfindən heç bir açıqlama bundan öncə olmayıb. 

Əlavə olaraq bildirək ki, hazırda Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir, marşrut şəbəkəsinin optimallaşdırılması üçün nəqliyyat planı hazırlanır".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:15

SDU-da əcnəbi tələbələr üçün orientasiya görüşü keçirilib

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Oxşar xəbərlər