Sumqayıt şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi gül alır.
Pravda.az-ın məlumatına görə, güllər üçün 255.000 AZN xərclənəcək. Nümayəndəlik "Eko Ferma Azərbaycan" MMC ilə müqavilə bağlayıb.
Alınacaq güllər bunlardır: 15 000 ədəd viola, 15 000 ədəd geran, 15 000 ədəd xrizantema, 15 000 ədəd begoniya, 15 000 ədəd prima, 10 000 ədəd oleandra.