Sumqayıt Şəhər İcra Hakimiyyətinin aldığı yanacağın dəyəri açıqlanıb.
Banker.az-ın məlumatına görə, qurum “Lukoil-Azərbaycan” QSC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə, QSC Sumqayıt Şəhər İcra Hakimiyyətinə bu ilin sonuna kimi 36 min manat dəyərində yanacaq satacaq.