Bu gün günorta saatlarında Sumqayıt şəhərinin mərkəzində reyd keçirilib. Bu haqda 21 dekabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, karantin qaydalarına riayət olunub-olunmaması şəhərin Sülh küçəsində yoxlanılıb. Burada keçən ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlər və sürücülər yoxlanılıb. Tibbi maskalardan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparılıb.
Ötən həftə, həmin küçədə minik avtomobiiləri sürücülərinə qarşı reyd keçirilmişdir.