top
Sumqayıt taksisi Bakıya gedə bilərmi?
22 yanvar 2026, 20:00
- ↺ +

Sumqayıt taksisi Bakıya gedə bilərmi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə taksi sürücüləri ilə bağlı yayılan "buraxılış kartı və fərqlənmə nişanı hansı ərazi üçün verilibsə, sürücü yalnız həmin ərazidə işləyə bilər" iddiaları müzakirələrə səbəb olub. Bəs bu məlumat nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Konkret.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələdə hər hansı qanunsuzluq yoxdur. Onun sözlərinə görə, "Avtomobil nəqliyyatı haqqında" qanuna əsasən taksi buraxılış kartları konkret ərazi üzrə verilir və sürücülər məhz həmin ərazidə daimi taksi fəaliyyəti ilə məşğul olmalıdırlar.

Ekspert incə bir məqama da diqqət çəkib. O, qeyd edib ki, Bakı üzrə qeydiyyatdan keçmiş taksi sürücüsü Bakıda müştəri götürüb Sumqayıta apara bilər və ya Sumqayıtdan müştəri götürüb Bakıya gətirə bilər. Lakin həmin sürücü gedib Sumqayıt ərazisində daimi şəkildə taksi fəaliyyəti ilə məşğul ola bilməz. Eyni qayda Sumqayıt üzrə qeydiyyatdan keçən sürücülərə də aiddir.

"Elə sürücülər var ki, düşünürlər əgər Bakıda qeydiyyatdadırsa, Bakıda müştəri götürüb Sumqayıta apara bilməz. Bu, düzgün yanaşma deyil. Belə bir qadağa yoxdur. Müştərinin hara getmək istəməsi onun öz seçimidir," – deyə Elməddin Muradlı vurğulayıb.

Ekspert əlavə edib ki, qanun yalnız sürücünün hansı ərazidə daimi fəaliyyət göstərə biləcəyini tənzimləyir. Başqa sözlə, müştərinin bir şəhərdən digərinə aparılması qadağan olunmur, amma sürücünün qeydiyyatdan kənar ərazidə taksi kimi işləməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

Nəqliyyat eksperti sonda taksi sürücülərinə müraciət edərək bildirib ki, buraxılış kartı alarkən bu qaydaları nəzərə almaq vacibdir və mövcud tələblər qanuna tam uyğundur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər