top
Sumqayıt teatrı yeni mövsümə hazırlaşır
03 sentyabr 2024, 07:10
- ↺ +

Sumqayıt teatrı yeni mövsümə hazırlaşır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Dövlət Dram Teatrında yeni mövsüm 20-27 sentyabr ərəfəsində başlayacaq.

Apa.az xəbər verir ki, mövsümə yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı və Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Missiya" mistik qəhrəmanlıq dramı ilə start veriləcək.

Əməkdar incəsənət xadimi Əli Əmirlinin müəllif olduğu və gənc rejissor Fuad Cavadzadənin quruluş verdiyi "Xeyir xəbər" əsəri də açılış günləri üçün nəzərdə tutulub.

Sentyabrın sonunda teatrın baş rejissoru Firudin Məhərrəmovun 65 illiyinə həsr olunmuş yubiley kompozisiyasına da hazırlıq gedir. Ömrünün 40 ilindən çoxunu Sumqayıt teatrına həsr etmiş Firudin Məhərrəmovun yubiley gecəsi sentyabrın 30-da gerçəkləşəcək.

Georgi Xuqayevin "Varlı ev" psixoloji dramı isə dövlət sifarişi ilə hazırlanıb. Artıq son məşqlər gedir, dekorasiyalar qurulur. F.Məhərrəmovun quruluş verdiyi bu tamaşa oktyabrın 5-ə qədər təhvil veriləcək.

Qərbi Azərbaycan İcmasının sifarişi ilə hazırlanan, müəllifi yazıçı-dramaturq Hidayət Orucov olan, quruluşu F. Məhərrəmova məxsus "İrəvanda nəyim qaldı" tamaşası qədim yurd yerlərimiz haqqında həqiqətləri, tarixi gerçəkliyi anladır. İctimai-siyasi, tarixi-ideoloji yüklü tamaşanın premyerası oktyabrın sonunda keçiriləcək.

Türk dünyasının ünlü yazıçısı Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan alabaş" povesti də Firudin Məhərrənov tərəfindən səhnələşdirilərək quruluş verilib. İlin sonu üçün təhvil verilməsi nəzərdə tutulub.

Bu il Sumqayıtın şəhər statusu almasının 75 ili tamam olur. Noyabrda keçiriləcək möhtəşəm ümumşəhər tədbirində teatr kollektivi də iştirak edəcək. Artıq birgə layihənin ssenari planı hazırlanır.

Şarl Perronun "Sehrin gücü" məcəra-tamaşası hazırlıq prosesindədir. Premyerası oktyabrın ikinci yarısında baş tutacaq. Rejissor Fuad Kazımov yeni layihə üzərində işləyir. Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş monotamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək

Həmçinin, plandan kənar işlər də var. Bu mövsümdə yaradıcılıq mübadiləsi prosesinə töhfə verməkdən ötrü bir neçə gənc rejissor Sumqayıt teatrında yaradıcılıq ezamiyyətində olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:05

Sumqayıtda tanınmış həkim vəzifəsindən ayrıldı

Bütün xəbərlər
Bu gün, 11:30

Sumqayıt Musiqi Kollecində Zəfər Gününə ilə bağlı konsert keçirildi

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

Oxşar xəbərlər