Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov dünyasını dəyişib.
Sumqayit24.az xəbər verir ki, sənətçi uzun müddət səhhətində yaranmış problemlərlə əlaqədar əziyyət çəkib. Qaraciyər sirrozu diaqnozu ilə hospitala yerləşdirilən aktyora qaraciyər köçürülüb.
Qeyd edək ki, Yalçın Səlimov 1996-cı ildən Sumqayıt teatrının aktyoru olub. O, bu müddət ərzində "Gəl qohum olaq", "Qarağaclar altında məhəbbət", "Cəhənnəm ekspresi", "Müsyö Jordan və dərviş Məstəli şah", "Qocanı öldürməliyik", "Xilaskar" və sair tamaşalarda yadda qalan obrazlar yaradıb.