Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında maarifləndirici seminar keçirilib.
Sumqayit24.az xəbər verir ki, seminarda STM-də çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, eləcə də yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər iştirak ediblər.
Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova iştirakçılara meymunçiçəyinin diaqnostikası və müalicəsi üzrə klinik protokolu haqqında geniş məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb.