top
Sumqayıt üçün yeni memarlıq imzası - TƏKLİF
07 yanvar 2026, 16:30
- ↺ +

Sumqayıt üçün yeni memarlıq imzası - TƏKLİF

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyanın bir çox məşhur şəhərləri var ki, onların simvoluna çevrilmiş təkcə meydanları, abidələri və ya küçələri deyil, həm də pilləkənləridir. Roma şəhərindəki İspan pilləkənləri, İstanbulun tarixi keçid və enişləri, Odessanın Potyomkin pilləkənləri, Kiyevin Andreyvskiy enişi, Rio-de-Janeyroda memarlıqla sənətin sintezini yaradan pilləkən kompozisiyaları, Vatikanın monumental enişləri - bütün bunlar sadəcə keçid vasitəsi deyil, tarixi dəyəri, memarlıq zövqü və bədii ifadəni birləşdirən şəhər vizit kartlarıdır. Bu pilləkənlər turistləri cəlb edir, şəhərin yaddaşında qalır və zamanla mədəni simvola çevrilir.

 

Bu gün Sumqayıt artıq Bulvarı, yaşıl parkları ilə tanınan və seçilən bir şəhərə çevrilib. Son illərdə şəhərimizdə aparılan yenidənqurma işləri Sumqayıtı təkcə sənaye şəhəri kimi deyil, eyni zamanda rahat məskunlaşma mühiti kimi təqdim edir. Xüsusən regionlardan ciddi miqrasiya axınları hiss olunur. Bulvar, dənizkənarı park, yaşıllıq zolaqları və istirahət məkanları şəhərin simasını dəyişib və ona yeni nəfəs verib.

 

Məhz bu inkişafın davamı olaraq Sumqayıt Bulvarında unikal bir "Pilləkən kompleksi"nin yaradılması olduqca maraqlı və perspektivli ideya ola bilər. Bunun üçün həm vizual, həm funksional baxımdan uyğun yer də mövcuddur. Dənizkənarı parkın "Göyərçin" abidəsi tərəfdən Şəhidlər Xiyabanına doğru uzanan hissəsində, orta məsafədə Bulvara enən bir pilləkən kompleksi şəhər məkanına həm estetik dəyər, həm də rəmzi məna qata bilər.

 

Bu cür memarlıq nümunəsi təkcə keçid rolunu oynamaz, eyni zamanda şəhərin yeni simvollarından birinə çevrilə bilər. Pilləkənlər üzərində lokal və milli ornamentlər, işıqlandırma elementləri, yaşıllıq və istirahət guşələri yaradılmaqla Sumqayıta xas, yaddaqalan bir arxitektura əsəri ortaya çıxarmaq mümkündür.

 

Azərbaycanda, o cümlədən Sumqayıtda təcrübəli və tanınmış memarlar, dizaynerlər və şəhərsalma mütəxəssisləri mövcuddur. Onların yaradıcı yanaşması və peşəkar baxışı ilə yüksək sənətkarlıq keyfiyyətləri ilə seçilən, həm müasir, həm də milli ruhu əks etdirən bir "Pilləkən kompleksi"nin ərsəyə gəlməsi tam realdır.

 

Belə bir layihə Sumqayıtın urban mədəniyyətinə yeni qatqı verər, şəhərin turizm potensialını artırar və gələcək nəsillər üçün estetik yaddaş obyekti kimi qalardı. Şəhərlər yalnız binalarla deyil, ideyalarla gözəlləşir. Sumqayıt üçün belə bir memarlıq ideyası isə məhz bu gözəlliyin davamı ola bilər.

 

Mənbə: Xeberle.com

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 32-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Dünən, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Dünən, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Dünən, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Dünən, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Dünən, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Dünən, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Dünən, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
26 oktyabr 2026, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
26 oktyabr 2026, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
26 oktyabr 2026, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
26 oktyabr 2026, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
26 oktyabr 2026, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Oxşar xəbərlər