Uşaq Xəstəxanasında simulyasiya avadanlıqları ilə endoskopik cərrahiyyə üzrə təlimlərə start verilib. Bu barədə 25 yanvar tarixində Sumqayıt Tibb Mərkəzi (STM) xəbər yayıb.
Təlim "Karl Storz" tibbi avadanlıq istehsalçısının Azərbaycan nümayəndəliyinin direktoru Taley Bəşirov tərəfindən keçirilir. Burada STM-in cərrahları Yetkin Əliyev, Məhyəddin Aydəmirov, Mansur Mansurov və Vilayət Xudiyev iştirak edirlər.
İştirakçılara simulyasiya avadanlıqlarından düzgün istifadə və texniki laparaskopiya vərdişləri öyrədilir.